Zəhmət olmasa gözləyin

Fələq" surəsi

əl-Fələq (Sübh) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
2.    Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
3.    Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
4.    (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
5.    Və bir də paxıllığı tutanda paxılın şərindən!”

Etiketlər :
İstifadəçi rəyləri (0)
Rəyi göndər